Xanlar Mövsümov: Seçkilər qanunauyğun keçirilir, heç bir pozuntu aşkarlanmayıb
7 saylı Səbail seçki dairəsinin 3 saylı seçki məntəqəsində pozuntu halı qeydə alınmayıb, bütün işlər qanunvericiliyə uyğun təşkil olunub.
Bu barədə "Sizinxeber.az"a açıqlamasında seçki məntəqəsinin sədri Xanlar Mövsümov məlumat verib.
“Məntəqəmizdə ümumilikdə 1280 seçici qeydiyyatdadır. Yüksək fəallıq müşahidə edilir, artıq 55-dən çox seçici səs verib”, - o bildirib.
X.Mövsümov qeyd edib ki, səsvermə prosesi həm yerli, həm də beynəlxalq müşahidəçilər tərəfindən izlənilir: “Beynəlxalq müşahidəçilər səhər saat 8-dən məntəqədə monitorinq aparırlar. Onların arasında Belçika, İtaliya, Fransa və digər ölkələrdən müşahidəçilər də var. Məntəqəyə ATƏT-in, Şanxay Əməkdaşlıq Təşkilatının və s. müşahidə missiyaları da baş çəkib. Heç bir pozuntu halı qeydə alınmayıb. Bütün proses yüksək səviyyədə və qanunvericiliyə uyğun təşkil olunub”.
Oxşar xəbərlər
Dövlət Gömrük Komitəsinin sədri seçici hüququndan istifadə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
