“Euronews” kanalı DOST Mərkəzinin fəaliyyətinə dair videoreportaj hazırlayıb
Məşhur “Euronews” kanalı DOST Azərbaycan İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyətinə dair videoreportaj hazırlayıb.
“Sizinxeber.az” xəbər verir ki, DOST Mərkəzinin direktoru Nigar Məmmədova yaradıcılıq və sosial fəallıqdan istifadə etməklə əhalinin həssas qruplarının cəmiyyətə cəlb olunmasının vacibliyini qeyd edib.
Sizinxeber.azajda həmçinin vurğulanıb ki, Cənubi Qafqaz regionunda ilk və ən böyük belə mərkəz olan DOST idman, rəqs, musiqi və kulinariya sənəti də daxil olmaqla 14 yaradıcılıq sahəsində 180-ə yaxın insanın bacarıq və yaradıcılığının inkişafına kömək edir.
“Mərkəzin yanaşması praktikdir: onun yetirmələri müxtəlif proqramlarda, ustad dərslərində və ictimai çıxışlarda iştirak edir, psixoloji dəstək alır və yaradıcılıq üzrə təlimlərdə olurlar. Bu hərtərəfli model təkcə şəxsi inkişafı təşviq etmir, həm də sosial reinteqrasiyanı asanlaşdırır”, - materialda deyilir.
N.Məmmədova Mərkəzin cəmiyyətin bütün üzvlərinin səsinin eşidilməsi ideyasına sadiqliyini vurğulayıb.
“Mərkəz öz yetirmələrini fəal şəkildə ətraf mühitin mühafizəsi tədbirlərinə cəlb edir. Məsələn, onlar təkrar emal olunmuş materiallardan sənət əsərləri yaradıblar və əsərlər müxtəlif sərgilərdə və tədbirlərdə nümayiş etdirilib”, - o əlavə edib.
Oxşar xəbərlər
Qarabağ Regional DOST Mərkəzinin açılışından 1 il ötür
DOST Agentliyinin yaradılmasından 6 il ötür
Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
