MSK qəzada həlak olan deputatlığa namizəd Nəsiman Yaqublu haqqında qərarı müzakirə edəcək
sizinxeber.az xəbər saytı

MSK qəzada həlak olan deputatlığa namizəd Nəsiman Yaqublu haqqında qərarı müzakirə edəcək


Mərkəzi Seçki Komissiyası (MSK) avtomobil qəzasında həlak olan deputatlığa namizəd Nəsiman Yaqublu haqqında qərarı sabah müzakirə edəcək.

Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq, N. Yaqublunun namizədliyinin qeydə alındığı 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən məlumat verilib.

Bildirilib ki, sabah MSK-nın iclasında seçki bülletenlərində namizəd kimi adı qeyd olunmuş Nəsiman Yaqublunun vəfatı ilə əlaqədar seçicilərə məlumatın çatdırılması qaydası ilə bağlı qərar qəbul olunacaq. Bundan sonra isə dairə seçki komissiyasına atılacaq addımlar haqqında müvafiq tapşırıq veriləcək.

Xatırladaq ki, Bakı Dövlət Universitetində müəllim işləyən Nəsiman Yaqublu tarixçi-professordur. O, Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd olub və Zəngilandan seçicilərlə görüşdən qayıdan zaman yol qəzasına düşüb. N. Yaqublu bu gün Bakıda dəfn edilib.

Oxşar xəbərlər

Nəsiman Yaqublu Zabratda dəfn olunacaq
Deputatlığa namizəd Nəsiman Yaqublu yol qəzasında ölüb
Deputatlığa namizəd Nəsiman Yaqublu yol qəzasında ölüb - FOTO
Professor Nəsiman Yaqublu bu gün Zabrat qəbiristanlığında dəfn olunacaq
Nəsiman Yaqublu ilə vida mərasimi keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle