Səbinə Əliyeva: Əməkdaşlarımız Penitensiar Xidmətin müəssisələrində də səsvermənin gedişini izləyəcəklər
sizinxeber.az xəbər saytı

Səbinə Əliyeva: Əməkdaşlarımız Penitensiar Xidmətin müəssisələrində də səsvermənin gedişini izləyəcəklər


Əməkdaşlarımız Penitensiar Xidmətin müəssisələrində, hərbi hissələrdə və digər yerlərdə səsvermənin gedişini izləyəcəklər.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Naxçıvanda “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda keçirilən dəyirmi masadan sonra jurnalistlərə açıqlamasında deyib.

S.Əliyeva bildirib ki, keçirilən dəyirmi masa vətəndaşların seçki hüququnun təmini mövzusunda olub:

"Mərkəzi Seçki Komissiyası ilə birgə həyata keçirdiyimiz silsilə tədbirlərin sonuncusu Naxçıvan Muxtar Respublikasında təşkil olundu. Biz bu tədbirləri mütəmadi olaraq həyata keçiririk və hesab edirik ki, hüquqi düşüncənin, hüquqi mədəniyyətin artırılması istiqamətində olduqca vacib tədbirlərdəndir.

Həmçinin əsas məqsəd vacib siyasi hüquqlardan biri olan seçki hüququnun təminidir. Ombudsman aparatının əməkdaşları Milli Məclisə, o cümlədən, Naxçıvan Muxtar Respublikası Ombudsman aparatının əməkdaşları muxtar respublika ərazisində həm Milli Məclisə, həm də Naxçıvan Ali Məclisinə seçkiləri müşahidə edəcəklər".

O qeyd edib ki, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə də seçkini müşahidə edəcəklər:

"Yəni əməkdaşlarımız Penitensiar Xidmətin müəssisələrində, hərbi hissələrdə və digər yerlərdə səsvermənin gedişini izləyəcəklər”.

Oxşar xəbərlər

Vətəndaşların seçki hüququnun təmin olunması ilə bağlı Dəyirmi Masa keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Seçki günü Ombudsman Aparatının müstəqil əməkdaşları da müşahidə aparacaqlar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda dəyirmi masa keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səbinə Əliyeva: Seçki məntəqələrində panduslar quraşdırılmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Vətəndaşların seçki hüququnun təmini” mövzusunda Dəyirmi Masa təşkil edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər