Kəlbəcər balı və arıçılıq məhsulları beynəlxalq bazarlara çıxarılacaq
sizinxeber.az xəbər saytı

Kəlbəcər balı və arıçılıq məhsulları beynəlxalq bazarlara çıxarılacaq


Kəlbəcər rayonunda istehsal olunun bal və arıçılıq məhsullarının beynəlxalq bazarlara çıxarılması nəzərdə tutulur.

“Report”un Qərb bürosunun xəbərinə görə, bu barədə Prezidentin izi ilə Kəlbəcər rayonunda fəaliyyət göstərən “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”na təşkil olunan mediaturda məlumat verilib.

Qeyd olunub ki, 2021-ci ildə Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı Kəlbəcər balı ilə bağlı söylədiyi fikirlər arıçılıqla məşğul olan ailələr üçün mühüm stimul və ruh yüksəkliyi yaradıb.

Bu diqqətin davamı olaraq, Kəlbəcər şəhərinin mərkəzində “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası” fəaliyyətə başlayıb. Burada bal ilə yanaşı, propolis, arı südü, çiçək tozu, mum və digər təbii məhsullar təqdim olunur.

Gələcəkdə bu məhsulların “Made in Azerbaijan” brendi ilə beynəlxalq bazarlara çıxarılması və onlayn satış platformasının yaradılması planlaşdırılır. Mağaza yalnız satış məkanı deyil, həm də Kəlbəcər balının tanıdılması, arıçılıq məhsullarının brendləşdirilməsi və bu sahənin inkişafı üçün platforma funksiyasını daşıyır.

Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 21-də “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib - YENİLƏNİB
Bakıda builki bal yarmarkasında 68 tona yaxın arıçılıq məhsulu satılıb
Prezident “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib - YENİLƏNİB
Nazirlik: Bakıdakı bal yarmarkasında ən çox cökə balı satışa çıxarılıb
“İstisu” mineral su zavodunun məhsulları xarici bazarlara çıxarılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər