Nazirlik: Bakıdakı bal yarmarkasında ən çox cökə balı satışa çıxarılıb
Bakıda keçirilən arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkasında ən çox cökə balı satışa çıxarılıb.
"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliynə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycanın bütün iqtisadi rayonlarını təmsil edən 275 arıçı satışa ümumilikdə 37 ton cökə balı, 26.3 ton çiçək balı, 13.7 ton meşə balı gətirib. Çiçək, cökə və meşə balları yarmarka dövründə satışa təqdim olunan ümumi bal məhsullarının 64 %-ni təşkil edir.
Bundan başqa, arıçı fermerlər satışa 5.4 ton qaratikan balı, 6.8 ton may balı, 6 ton dağ balı, 2.6 ton biyan balı çıxarıb. Yarmarkadan, həmçinin çəmən balı, şabalıd balı, akasiya balı, mum, propolis, çiçək tozu, güləm, podmor, propolis cövhəri, arı südü, arıçılıq məhsullarından hazırlanan kosmetik vasitələr əldə etmək olar.
Ümumilikdə yarmarkada 120 tona yaxın arıçılıq məhsulları satışa çıxarılıb. Satışa çıxarılan məhsulların 4 tondan çoxu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür.
Yarmarka 29 sentyabra qədər davam edəcək. Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) keçirilən yarmarkanın təşkilatçıları nazirlik və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyidir.
Oxşar xəbərlər
Orta keçid balı 600-dən çox olan ali məktəblərin adları açıqlanıb
Bakıda bal yarmarkası açılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
DÇ-2026: İordaniya - Əlcəzair oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR-2
