Kəlbəcər şəhərindəki 4-cü yaşayış kompleksinə 807 ailə köçürüləcək
sizinxeber.az xəbər saytı

Kəlbəcər şəhərindəki 4-cü yaşayış kompleksinə 807 ailə köçürüləcək


Bu gün təməlqoyma mərasimi keçirilən Kəlbəcər şəhərindəki 4-cü yaşayış kompleksinə 807 ailənin köçürülməsi nəzərdə tutulur.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev kompleksdə yaradılacaq şərait barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verərkən bildirib.

Bildirilib ki, bu yaşayış kompleksinin ərazisi 10 hektara yaxın olacaq. Yaşayış kompleksində 128 birotaqlı, 304 ikiotaqlı, 293 üçotaqlı, 82 dördotaqlı inşa ediləcək.

Burada 4 mərtəbəli 26 binanın inşası planlaşdırılır.

Binaların 1-ci mərtəbəsində məişət və ticarət obyektləri yaradılacaq.

Oxşar xəbərlər

Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməli qoyulub - YENİLƏNİB
Prezident İlham Əliyev Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub-YENİLƏNİB
Prezident İlham Əliyev Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub - YENİLƏNİB
Kəlbəcərdə inşa edilən yaşayış kompleksinə birinci mərhələdə 201 ailə köçürüləcək - FOTO
Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər