Gәncә Memorial Kompleksində muzey binasının inşası yekunlaşdırılır, ərazi abadlaşdırılır
Gәncә Memorial Kompleksində muzey binasının inşası yekunlaşdırılır, ekspozisiyanın tәşkili vә әrazinin abadlaşdırılması işləri həyata keçirilir.
“Sizinxeber.az”un Qərb bürosu xəbər verir ki, bu barədə Prezidentin izi ilə Gәncә Memorial Kompleksinə təşkil olunan mediaturda bildirilib.
Bildirilib ki, Gəncə Memorial Kompleksinin təməlini Prezident İlham Әliyev 2022-ci ilin yanvarında qoyub. 44 günlük Vətən müharibəsində Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdiyi cinayətləri özündə əks etdirəcək Kompleks raket zәrbәlәrinә mәruz qalmış yaşayış binalarının vә keçmiş parkın yerlәşdiyi ərazidə yaradılır. Ümumi sahəsi 4 hektar olacaq Kompleksdə ikimәrtәbәli muzey binası və sәrgi zalı olacaq. Burada mülki әhaliyə qarşı törәdilmiş cinayәtlәrlə bağlı ekspozisiya, həmçinin dağıdılmış binaların yerlәri ziyarәtçilәrә nümayiş etdirilәcәk.
Kompleksdə konfrans zalı da yaradılacaq, ərazidəki parkda yaşıllaşdırma işlәri aparılacaq, 700-ә yaxın ağac, 12 mindәn çox dekorativ kol vә güllәr әkilәcәk. Ermənistan ordusu tərəfindən atılmış raketin izini simvolizә edәn spiralvari kraterin dәrinliyi 13 metrdir. Hazırda muzey binasının tikintisi ilə bağlı son tamamlanma, həmçinin ekspozisiyanın tәşkili vә әrazinin abadlaşdırılması işləri həyata keçirilir.
Qeyd edək ki, Azərbaycan müharibədən dərhal sonra sülh təşəbbüsləri ilə çıxış edib, sülh gündəliyinin reallaşması üçün ardıcıl iş aparıb və artıq sülh müqaviləsi tərəflər arasında paraflanıb. Buna baxmayaraq, xalqa qarşı törədilmiş müharibə cinayətlərinin unudulmaması, tarixin gələcək nəsillərə çatdırılması baxımından bu cür komplekslər mühüm rola malikdir.
Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar.
Oxşar xəbərlər
Prezident və birinci xanım Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB
İlham Əliyev və Mehriban Əliyeva Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB
Prezident və birinci xanım Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar
İlham Əliyev və Mehriban Əliyeva Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar
Prezident Gəncə Memorial Kompleksində tikinti işlərinin tamamlanmasına vəsait ayırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehriban Əliyeva ümummilli liderin anım günü ilə əlaqədar paylaşım edib
-
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
-
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
-
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
-
Ümummilli lider Heydər Əliyevin anım günüdür












