Vəngliyə yola salınan ilk köç karvanı kəndə çatıb – YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Vəngliyə yola salınan ilk köç karvanı kəndə çatıb – YENİLƏNİB


İlk köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə çatıb.

Bu barədə "Sizinxeber.az"un Ağdərəyə ezam olunmuş əməkdaşı xəbər verir.

Vəngliyə köçürülən 22 ailənin (83 nəfər) qarşılnma mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin nümayəndələri iştirak ediblər.

13:32

Ağdərə rayonunun Vəngli kəndinə ilk köç karvanı yola salınıb.

“Sizinxeber.az”un Qarabağ bürosu xəbər verir ki, ilkin mərhələdə kəndə 22 ailə (83 nəfər) köçürülür.

Köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Vəngli kəndində Kürdəmir rayonundan 12 ailə (43 nəfər), Bərdə rayonundan 3 ailə (12 nəfər), Qax rayonundan 2 ailə (9 nəfər), Füzuli rayonundan 1 ailə (6 nəfər), Sumqayıt şəhərindən 1 ailə (5 nəfər), Oğuz rayonundan 1 ailə (4 nəfər), Ağdam rayonundan 1 ailə (3 nəfər), Bakı şəhərindən 1 ailə (1 nəfər) məskunlaşacaq.

Qeyd edək ki, bununla Ağdərə rayonunun 5 yaşayış məntəqəsinə (Talış, Həsənriz, Suqovuşan, Kolatağ, Vəngli) 407 ailənin (1420 nəfər) köçürülməsi təmin olunacaq.

Oxşar xəbərlər

İlk köç karvanı Kolatağ kəndinə çatıb - YENİLƏNİB
Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
Ağdərənin Vəngli kəndinə ilk köç karvanı yola salınıb
Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb - FOTO
Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB-1 - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle