

Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb - FOTO
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.
Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə kəndə 20 ailə - 72 nəfərin köçürülməsi həyata keçirilir.
Köçürülənlərdən 11 ailə (40 nəfər) Bərdə rayonundan, 2 ailə (9 nəfər) Bakı şəhərindən, 2 ailə (8 nəfər) Goranboy rayonundan, 2 ailə (7 nəfər) Oğuz rayonundan, 1 ailə (4 nəfər) İsmayıllı rayonundan, 1 ailə (3 nəfər) Tərtər rayonundan, 1 ailə (1 nəfər) Abşeron rayonundandır.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.
Oxşar xəbərlər
Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb - FOTO - YENİLƏNİB
Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 11 ailə Cəbrayıl şəhərinə köçürülüb
Növbəti köç karvanı Ağdərəyə çatıb - FOTO - YENİLƏNİB
Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb - FOTO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
