Məhvi nəzərdə tutulan narkotiklərdən Ədliyyə Nazirliyi də axtarış üzrə təlimlərdə istifadə edə biləcək
Ədliyyə Nazirliyinə yeni hüquq verilib.
"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında’’ Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 280 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən Ədliyyə Nazirliyinin də kinoloji xidməti tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə oluna bilər.
Bundan əvvəl bu hüquq yalnız Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinə aid idi.
Qeyd edək ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Oxşar xəbərlər
Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin məhv edilməsini həyata keçirəcək komissiyalar müəyyənləşib
Müsadirə edilmiş narkotik vasitələr bir neçə komissiya tərəfindən məhv ediləcək
Milli Məclisin iclası başlayıb, gündəlikdə 18 məsələ var
Milli Məclisin iclası başlayıb, gündəlikdə 21 məsələ var
İnzibati və yardımçı vəzifələrin təsnifat toplusuna dəyişiklik edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













