Naxçıvanda sosial-iqtisadi inkişaf tədbirlərinə dair səlahiyyətli qurumların siyahısı genişləndirilib
sizinxeber.az xəbər saytı

Naxçıvanda sosial-iqtisadi inkişaf tədbirlərinə dair səlahiyyətli qurumların siyahısı genişləndirilib


Prezident İlham Əliyev 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəmcam imzalayıb.

Sərəncama əsasən, Naxçıvanda gömrük sərhəd buraxılış məntəqələrində keçidin sürətləndirilməsi və yükötürmə qabiliyyətinin artırılması istiqamətində iş aparılması üzrə əsas icraçıların siyahısına Dövlət Gömrük Komitəsi ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və "Azərbaycan Dəmir Yolları" QSC, müxtəlif turizm növlərinin (qış, kənd, eko və s.) inkişaf etdirilməsi və turizm atlasının hazırlanması üzrə digər icraçıların siyahısına Dövlət Turizm Agentliyi ilə yanaşı, Elm və Təhsil Nazirliyi, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi üzrə əsas icraçıların siyahısına muxtar respublikanın Nazirlər Kabineti ilə yanaşı AAYDA daxil edilib.

Oxşar xəbərlər

Naxçıvanda içməli su təminatının artımına dair əsas və digər icraçı qurumların yerləri dəyişdirilib
Naxçıvanın sosial-iqtisadi inkişafı ilə əlaqədar layihələr müzakirə olunub
Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramında dəyişiklik edilib
Naxçıvanda özəl sektorun inkişafına yönəlmiş dəstəkləyici tədbirlər müzakirə olunub
Dövlət Turizm Agentliyi sağlamlıq turizminə dair imkanları qiymətləndirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər