Ballıca sakini: Doğma kəndimizə böyük fərəh hissi ilə qayıdırıq
sizinxeber.az xəbər saytı

Ballıca sakini: Doğma kəndimizə böyük fərəh hissi ilə qayıdırıq


Xocalı rayonunun Ballıca kəndinə qayıdan sakin böyük fərəh hissi keçirdiklərini bildirib.

Bu barədə "Sizinxeber.az"un Xocalıya ezam olunan əməkdaşı ilə söhbətdə Ballıca kənd sakini Kəmalə Əliyeva danışıb.

O, doğma yurda qayıdacaqları haqda xəbəri inanılmaz sevinclə qarşıladıqlarını deyib:

“Uzun müddət Şəkidə məcburi köçkünlər üçün salınan qəsəbədə yaşadıqdan sonra yenidən doğma kəndimizə qayıtdığım üçün çox sevincliyəm. Bizə bu sevinci yaşadan şəhid qardaşlarımın ruhları qarşısında baş əyir, onlardan halallıq istəyirəm. Qazi qardaşlarıma can sağlığı diləyir, hər birindən halallıq istəyirəm. Çünki biz onların fədakarlığı sayəsində cənnət Qarabağa qayıdırıq”.

Oxşar xəbərlər

Ballıca sakini: Üç nəfərlə çıxdığımız kəndə yeddi nəfərlə qayıdırıq
Xocalı sakini: Yurd həsrətimizə son qoyulduğu üçün çox sevincliyik
Ballıca sakini: Doğma kəndə qayıdacağımıza inamı heç vaxt itirmədik
Ballıcaya qayıdan sakin: Yenidən qayğısız günlərimizi yaşayacağıq
Ballıca sakini: Xocalıdan çıxdığımız maşınla kəndimizə qayıdırıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər