Ballıca sakini: Üç nəfərlə çıxdığımız kəndə yeddi nəfərlə qayıdırıq
sizinxeber.az xəbər saytı

Ballıca sakini: Üç nəfərlə çıxdığımız kəndə yeddi nəfərlə qayıdırıq


Xocalı rayonunun Ballıca kəndinə qayıdan sakin çox sevincli olduqlarını deyib.

Bu barədə "Sizinxeber.az"un Xocalıya ezam olunan əməkdaşı ilə söhbətdə Ballıca kənd sakini Rövşən Əhmədov danışıb.

O, kəndə qayıdacaqları günü çox gözlədiklərini vurğulayıb:

“Özüm Ballıca kəndində böyümüşəm, müharibənin ilk günlərindən döyüşlərdə iştirak edərək yaralanmışam. Şükür, otuz üç ildən sonra doğma kəndimizə geri dönürük. O vaxt kənddən çıxanda ailəmiz üç nəfərdən ibarət idi, indi yeddi nəfərlə geri qayıdırıq.

Bütün kənd sakinləri üçün çox sevincli gündür. İnşallah, bütün keçmiş məcburi köçkünlər tezliklə öz yurdlarına dönərlər. Bizə bu sevinci yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik. Ballıca kəndini bundan sonra öz fəaliyyətimizlə inkişaf etdirəcəyik”.

Oxşar xəbərlər

Xocalı sakini: Yurd həsrətimizə son qoyulduğu üçün çox sevincliyik
Ballıcaya qayıdan sakin: Yenidən qayğısız günlərimizi yaşayacağıq
Ballıca sakini: Doğma kəndə qayıdacağımıza inamı heç vaxt itirmədik
Ballıca sakini: Yurdumuza daimi yaşamağa qayıdırıq
Ballıca sakini: Xocalıdan çıxdığımız maşınla kəndimizə qayıdırıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər