Xocalı sakini: Yurd həsrətimizə son qoyulduğu üçün çox sevincliyik
Xocalı rayonunun Ballıca kəndinə köçürülən sakin yurd həsrətinə son qoyulduğu üçün sevincli olduqlarını deyib.
Bu barədə "Sizinxeber.az"un Xocalıya ezam olunmuş əməkdaşı ilə söhbətdə rayonun Ballıca kənd sakini Zakir Əliyev danışıb.
O, doğma kəndə ailə üzvləri ilə birlikdə qayıtdığını vurğulayıb:
“1992-ci ildə Xocalını tərk etməli olduq. Əvvəl Şəki, Ağcabədi, Ağsu rayonlarında, daha sonra isə Goranboyun Ağacakənd qəsəbəsində məskunlaşdıq.
Qəsəbədə bizim normal həyatımız üçün normal şərait yaradılsa da, bu illər ərzində yurd həsrəti ilə yaşadıq. Artıq bu həsrət başa çatdı, doğma yurda qovuşduq.
Köçkünlük dövründə valideynlərimi itirdim. İndi isə 33 il əvvəl tərk etdiyim bu torpağa həyat yoldaşım, oğlum, qızım, gəlinim və nəvəmlə qayıtmışam. Bu sevinci bizə bəxş edən Prezidentimizə, Ordumuza minnətdaram”.
Oxşar xəbərlər
Ballıca sakini: Doğma kəndə qayıdacağımıza inamı heç vaxt itirmədik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ballıcaya köçən sakin: "Bu gün xəyalımız, ən böyük arzumuz gerçəkləşib" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ballıcaya qayıdan sakin: Yenidən qayğısız günlərimizi yaşayacağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suqovuşan sakini: Gördüklərim mənə yuxu kimi gəlir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdərə sakini: Tək ata-baba yurduma yox, həm də Həsənrizdə keçən uşaqlığıma qayıdıram [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













