DİN-də əməliyyat müşavirəsi keçirilib, azad olunan ərazilərdə mövcud əməliyyat şəraiti təhlil edilib
sizinxeber.az xəbər saytı

DİN-də əməliyyat müşavirəsi keçirilib, azad olunan ərazilərdə mövcud əməliyyat şəraiti təhlil edilib


Daxili İşlər Nazirliyində iyulun 25-də işğaldan azad olunan ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunmasına dair onlayn formatda əməliyyat müşavirəsi keçirilib.

"Report" xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə keçirilən müşavirədə bölgədə mövcud əməliyyat şəraiti, şəxsi heyətin xidməti fəaliyyəti və əhali ilə qurulmuş qarşılıqlı əlaqə təhlil edilib.

Qeyd olunub ki, həmin ərazilərdə ictimai qaydanın qorunması, yerli əhalinin, turistlərin, eləcə də əmlak və şəxsi təhlükəsizliyin təmin olunması, maarifləndirici-profilaktik tədbirlərin davam etdirilməsi prioritet istiqamətlərdən olmaqla diqqətdə saxlanılmalıdır.

Müşavirədə xüsusilə yanğın təhlükəsizliyi məsələlərinə geniş yer ayrılıb. Yay mövsümündə havaların isti və quraq keçməsi fonunda meşəlik və açıq sahələrdə yanğın təhlükəsinin artdığı, buna qarşı profilaktik tədbirlərin intensivləşdirildiyi vurğulanıb.

Aidiyyəti xidmət rəhbərlərinə bölgədə nəzarətin gücləndirilməsi, riskli sahələrdə fasiləsiz monitorinqin aparılması, vətəndaşlar arasında odla ehtiyatsız davranışın doğura biləcəyi təhlükələrlə bağlı davamlı izahat işlərinin həyata keçirilməsi, xidmətin yüksək peşəkarlıqla və əzmlə aparılmasının vacibliyi barədə konkret tapşırıqlar verilib.

Diqqətə çatdırılıb ki, müvafiq ərazilərdə asayişin təmini, əmlak və ekoloji təhlükəsizliyin qorunması, o cümlədən yanğınla bağlı məsuliyyət tədbirlərinin görülməsi sahəsində daxili işlər orqanlarının üzərinə düşən vəzifələr tam icra olunmalıdır.

Oxşar xəbərlər

Azad olunan ərazilərdə yanğın təhlükəsizliyi ilə bağlı polisə konkret tapşırıqlar verilib
Bayram günlərində daxili işlər orqanları gücləndirilmiş rejimdə işləyəcək
Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib, Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud şərait təhlil edilib
DİN-in müşavirəsində növbədənkənar prezident seçkilərində seçki hüququ ilə bağlı müzakirə aparılıb
Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib, Ermənistanla şərti sərhəddə mövcud əməliyyat şəraiti təhlil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər