Prezident: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir
sizinxeber.az xəbər saytı

Prezident: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir


Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir.

"Sizinxeber.az"un Xankəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.

Ölkə başçısı vurğulayıb ki, Azərbaycan mediasının inkişafı onu sevindirir:

"Mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə böyük nüfuz qazanıb.

Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə, faktlar əsasında ifşa etməkdə də böyük uğur əldə edib.

Mediamız lazım gəldikdə hücuma da keçir, bu da lazımdır. İdmanda bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur. Bu tezisə şərh vermək istməmirəm, amma fakt budur ki, Azərbaycan mediasını müxtəlif səviyyələrdə oxuyurlar, məqalələri təhlil edirlər, onların Azərbaycanın rəsmi mövqeyinə nə dərəcədə uyğun olub-olmaması ilə bağlı fərziyyələr də irəli sürülür. Bu deməyə əsas verir ki, mediamız doğrudan da böyük inkişaf yolu keçib".

Prezident İlham Əliyev vurğulayıb ki, media deyəndə ilk növbədə jurnalistləri nəzərdə tutur:

"Sözün əsl mənasında sevinirəm və uğurlar arzulayıram. Azərbaycan elə bir mərhələdədir ki, özünü müdafiəyəyə hələ də ehtiyacı var.

Məncə, media ən yaxşı vasitədir. Nə qədər çox media işçilərinin əhatə dairəsi geniş olarsa, ölkə haqqında o qədər dəqiq, dolğun, ədalətli məlumatlar dünya ictimaiyyətinə çatdırıla bilər.

Görüləsi işlər çoxdur, ancaq mediamız istənilən xoşagəlməz iftira kampansiyasına cavab verməyə qadirdir. Bu yeni önəmli reallıqdır".

Oxşar xəbərlər

İlham Əliyev: Süni intellektdən istifadə etmirəm
Prezident İlham Əliyev: Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb
Prezident İlham Əliyev: Bizim etibarlı tərəfdaş imicimiz var
Prezident: Azad edilmiş ərazilərə qayıdan insanların sayı bundan sonra daha çox artacaq
Tamam Cəfərova: Azərbaycan mediası beynəlxalq informasiya məkanında da rəqabət gücünə malikdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər