Prezident: Azad edilmiş ərazilərə qayıdan insanların sayı bundan sonra daha çox artacaq
sizinxeber.az xəbər saytı

Prezident: Azad edilmiş ərazilərə qayıdan insanların sayı bundan sonra daha çox artacaq


Azad edilmiş ərazilərə qayıdan insanların sayı bundan sonra daha çox artacaq.

"Sizinxeber.az"un Xankəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.

"Çünki biz ilk dörd ildə daha çox infrastruktur layihələri ilə məşğul idik. Onların əsas hissəsini, demək olar, bitirmişik" - deyə, ölkə başçısı əlavə edib.

Prezident vurğulayıb ki, infrastruktur layihələri başa çatdırılandan sonra daha böyük vəsait yaşayış evlərinin tikintisinə istiqamətləndiriləcək:

"Qısa müddət ərzində bu qədər işin görülməsi göstərir ki, nə qədər istedadlı xalqımız var".

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Bizim etibarlı tərəfdaş imicimiz var
Böyük Qayıdış strategiyası Qarabağı və Şərqi Zəngəzuru yeni inkişaf modelinə çevirməyi hədəfləyir – RƏY
Prezident İlham Əliyev: Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb
İlham Əliyev: Süni intellektdən istifadə etmirəm
Prezident İlham Əliyev: Azad olunan ərazilərdə bərpa edilən şəhər və kəndlərin sayı 15-ə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər