Tamam Cəfərova: Azərbaycan mediası beynəlxalq informasiya məkanında da rəqabət gücünə malikdir
Azərbaycan mediasi ötən 150 ildə çox şərəfli yol keçib.
"Report"un Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Milli Məclisin Şamaxıdan seçilmiş deputatı Tamam Cəfərova burada keçirilən “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfransın açılış mərasimində deyib.
O qeyd edib ki, mətbuat cəmiyyətin maariflənməsində, milli kimliyini formalaşmasında, söz azadlığının təmin olunmasında əvəzsiz rol oynayıb:
"Bu gün də medianın peşəkar fəaliyyətinin şahidi oluruq. 44 günlük Vətən müharibəsində Azərbaycan mətbuatının qəhrəmanlığı və əzmkarlığı xüsusi qeyd edilməlidir. Mediamız Azərbaycan reallıqlarının dünyaya çatdırılmasında, dezinformasiyaların qarşısının alınmasında ciddi fəaliyyət ortaya qoydu. Azərbaycan mediası beynəlxalq informasiya məkanında da rəqabət gücünə malikdir. Medianın qarşısında hazırda yeni çağırışlar dayanır. Azərbaycan mətbuatının bunun öhdəsindən də layiqincə gələcəyinə inanıram".
Deputat vurğulayıb ki, Zəfər qazanan, regionda yeni reallıq yaradan Azərbaycanın inkişafı yeni təhdidlər də yaradır:
"Bu təhdidlərin əsas vasitələrindən biri də, təəssüf ki, dindir. Azərbaycan mətbuatı isə bu cür təhdidlərin qarşısında, din sahəsində maarifləndirmənin aparılmasında əhəmiyyətli iş ortaya qoyur. Din sahəsində ixtisaslaşmaq jurnalistlərə bu dönəmdə çox böyük avantaj ola bilər".
Oxşar xəbərlər
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
BDU-nun rektoru: Azərbaycan mediası və jurnalistikası müasir çağırışlara uyğunlaşmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəşad Məcid: Azərbaycan mediasının əsas qayəsi cəhalətlə mübarizə olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ramin Məmmədov: Media və din ayrı-ayrılıqda cəmiyyətin əxlaq normalarının formalaşmasında vacib rol oynayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İcra başçısı: Şamaxının tarixi abidələri, ziyarətgahları ölkəmizə gələn turistlərə çox yaxşı təqdim edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












