Baş gizir: "Azərbaycan Ordusu Daşaltı əməliyyatının qisasını tam aldı" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
noy
2024
14:22
0
0
2 226

Baş gizir: "Azərbaycan Ordusu Daşaltı əməliyyatının qisasını tam aldı"

08 noy, 2024
14:22
2 226

Baş gizir: "Azərbaycan Ordusu Daşaltı əməliyyatının qisasını tam aldı"

Vətən müharibəsində iştirak etmiş qəhrəmanlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş giziri Malik Cəbiyevdir.

Malik İkinci Qarabağ müharibəsində Laçın və Şuşa istiqamətində şərəfli və çətin döyüş yolu keçib.

Zəfərə gedən yolda əzmlə vuruşan baş gizir Baku TV-yə Şuşa uğrunda döyüşlərdən bəhs edib.

"Gəlib bir yüksəklikdə yerləşdik. Dedilər ki, aşağıdakı kənd Daşaltıdır. Orada bir taborun məhv olunmasını xatırladıq. Tutduğumuz erməni etiraf etdi ki, Azərbaycan Ordusu Daşaltı əməliyyatının qisasını tam aldı. Düşmənin, demək olar ki, bütün texnikası Şuşaya yerləşdirilmişdi. Şəhərə Şuşa qalasının yanından girdik. Orada çox güclü döyüşlərimiz oldu. Yanında olan, deyib-güldüyün insan bir anda yoxa çıxırdı. Allah sanki yanımızda şəhid olan oğullarımızın gücünü bizə verirdi", - deyə M.Cəbiyev söyləyib.

Daha ətraflı videomaterialda:

Bizimlə əlaqə saxlayın