Prezident İlham Əliyev iki qanuna dəyişikliyi təsdiqlədi
sizinxeber.az xəbər saytı

Prezident İlham Əliyev iki qanuna dəyişikliyi təsdiqlədi


Prezident İlham Əliyev "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" və "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Sizinxəbər.Az President.az-a istinadən xəbər verir ki, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanuna edilən dəyişikliklə qeyri-hökumət təşkilatı tərəfindən qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.

Başqa bir dəyişikliklə, müqavilə olmadan və ya qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən, yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyır.

"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanuna edilən dəyişikliklə terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən hər hansı dini qurum, qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi risklərin minimallaşdırılmasına yönəldilmiş qayda və prosedurlara malik olmalı, əmlakının pul və ya digər şəkildə formalaşdırılma mənbələri, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatı tərtib etməlidir. Maliyyə hesabatı hər il aprel ayının 1-dən gec olmayaraq nəzarət orqanına təqdim edilməlidir.

Oxşar xəbərlər

QHT-lərin göstərdiyi xidmət və işlərə dair tələblərin təkmilləşdirilməsi təsdiqlənib
QHT-lərin göstərdiyi xidmət və işlərə dair yeni tələblər təsdiqlənib
Xarici maliyyə mənbələri ilə bağlı bank əməliyyatları sərtləşdirilib
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir
Ədliyyə Nazirliyinə yeni səlahiyyət verildi - FƏRMAN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər