Fuad Hüseynəliyev: Azərbaycan Prezidentinin İtaliyaya səfəri ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək
sizinxeber.az xəbər saytı

Fuad Hüseynəliyev: Azərbaycan Prezidentinin İtaliyaya səfəri ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək


Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə kömək edəcək.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalına müsahibəsində deyib.

O vurğulayıb ki, İtaliya hər zaman Azərbaycanın suverenliyinə hörmətə əsaslanan siyasəti rəhbər tutub: “İtaliyanın obyektiv münasibəti iqtisadi əlaqələrin inkişafına kömək edib. Bu gün bu ölkə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır. İtaliya ilə bizim ən böyük ticarət dövriyyəmiz var”

F.Hüseynəliyevin sözlərinə görə, İtaliya Azərbaycan qazının Avropaya nəqlində də mühüm tərəfdaşdır: “Məhz İtaliyada Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) son nöqtəsi yerləşir. Ölkəmiz onun vasitəsilə Avropanın 10 ölkəsini qazla təmin edir. Bu, regionun enerji bazarında mühüm rol oynayır”.

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə danışan F.Hüseynəliyev vurğulayıb ki, İtaliya iqlim dəyişikliyi sahəsində problemlərin həllində maraqlıdır, iki ölkənin maraqları üst-üstə düşür:

“İtaliya əsas “çirkləndirici” dövlət deyil. Çünki ətraf mühitin çirklənməsinə əhəmiyyətli “töhfə” verən daha böyük oyunçular var. Buna görə də hesab edirəm ki, İtaliyanın iqlim dəyişikliyi ilə bağlı mövqeyi, xüsusən də məsuliyyətlərin bölüşdürülməsi və mövcud iqlim vəziyyətinə həll yollarının axtarışı baxımından inkişaf etməkdə olan ölkələrin münasibəti ilə oxşar olacaq”.

Oxşar xəbərlər

ISIA-nın vitse-prezidenti: İtaliya Azərbaycanla sıx əməkdaşlığı bundan sonra da davam etdirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan-İtaliya Ticarət Palatasının rəhbəri: İtaliya Qarabağın yenidən qurulmasında iştirak edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
İtaliya qəzeti Azərbaycan-İtaliya strateji əlaqələrindən yazıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fuad Hüseynəliyev: Dörd sərhəd kəndin qaytarılması sülh sazişi istiqamətində mühüm addımdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fuad Hüseynəliyev: Frank Şvabenin bəyanatları sağlam düşüncəyə sığmır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər