Dezinformasiyaya qarşı mübarizədə jurnalistikanın gücü mövzusunda təlim keçirilib
Jurnalistlər üçün “Saxta xəbər və dezinformasiyaya qarşı mübarizədə jurnalistikanın gücü” mövzusunda təlim təşkil edilib.
“Sizinxeber.az” xəbər verir ki, təlim Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Media İnkişafı Agentliyinin iqamətgahında baş tutub.
BMT Müxbirlər Assosiasiyasının üzvü olan təlimçi Stefano Vaccara və Jordan Dakamseh azərbaycanlı jurnalistlərlə öz təcrübələrini bölüşməklə yanaşı, texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə dezinformasiya və misinformasiya ilə mübarizə aparma yollarından bəhs ediblər.
Onlar həmçinin jurnalistikada neytrallığın obyektivliklə eyniyyət təşkil etmədiyini vurğulayaraq obyektivliyin jurnalistikanın sütununu təşkil etdiyini vurğulayıblar.
Təlim çərçivəsində sosial media platformaları vasitəsilə sürətlə yayılan yalan xəbərlərin qarşısını almaq üçün media savadlılığının məktəblərdə tədris proqramına əlavə edilməsinin önəminə də diqqət çəkilib.
Oxşar xəbərlər
Hacıbəy Heydərli: Media subyektləri dezinformasiyalara qarşı sosial şəbəkələrdə fəal olmalıdır
“Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
