Hacıbəy Heydərli: Media subyektləri dezinformasiyalara qarşı sosial şəbəkələrdə fəal olmalıdır
Media subyektləri sosial şəbəkələrdə fəal olmalı və dezinformasiya, “feyk nyus”ların qarşısını almağa çalışmalıdır.
“Sizinxeber.az” xəbər verir ki, bunu Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli "Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, sosial media ilə rəqabət üçün ilk növbədə peşəkar jurnalistlər, media subyektləri həmin platformalarda fəal olmalıdır:
“Düşünürəm ki, çağdaş media və media nümayəndələri yalnız informasiya yayımını düşünməli deyil, eyni zamanda yayımladığı xəbərləri oxutmaq istiqamətində də sosial şəbəkələrdən fəal istifadə etməlidir. Bu həm də sosial şəbəkələrdə peşəkarlığın artırılmasına gətirib çıxaracaq".
Hacıbəy Heydərli qeyd edib ki, sosial media fəalları ilə də aktiv iş aparılmalıdır:
“Sosial şəbəkələrdə peşəkarlığın artırılması üçün də gənc jurnalistlər, səhifə, kanal sahibləri və aktiv sosial media istifadəçiləri arasında mütəmadi maarifləndirmə işləri aparılmalıdır. Bu istiqamətdə Mətbuat Şurasının Sosial media ilə əlaqələr komissiyası olaraq sosial şəbəkədə fəal olan şəxslərdə görüşlər keçirilib, onlara jurnalistikanın etik kodeksləri haqda məlumat verilib, maarifləndirmə işləri aparılıb”.
Oxşar xəbərlər
Novella Cəfəroğlu: Vətəndaş cəmiyyəti sosial şəbəkələrdə fəal olmalıdır
Türkiyənin ədliyyə naziri sosial media şirkətlərinə xəbərdarlıq edib
PA rəsmisi: COP29 ərəfəsində və ya sonra Azərbaycana qarşı hücumlara hazır olmalıyıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
