Moldovada Avropa Tənzimləyici Orqanları Platformasının toplantısı keçirilib
Moldovanın paytaxtı Kişineuda Avropa Tənzimləyici Orqanlarının Platformasının (EPRA) 61-ci toplantısı keçirilib.
“Sizinxeber.az” xəbər verir ki, tədbirdə
Azərbaycan Respublikasının Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov iştirak edib.
Toplantının açılışında Moldova Respublikasının Prezidenti Maya Sandu salamlama nitqi ilə çıxış edib.
Avropanın audiovizual media tənzimləyicilərinin ən nüfuzlu şəbəkəsi olan EPRA-nın toplantısına Avropanın 48 dövlətindən 50 audiovizual media üzrə tənzimləyici orqanın rəhbərləri və nümayəndələri, həmçinin, Avropa Komissiyasının, ATƏT Media Bürosunun, Avropa Şurası Media Bölümünün, Avropa Audiovizual Obzervatoriyasının müşahidəçiləri, habelə UNESCO-nun, “Meta”, “Cullen İnternational” şirkətlərinin ekspertləri daxil olmaqla 150-dən çox nümayəndə və ekspert qatılıb.
Toplantıda “Onlayn mühitdə uşaqların müdafiəsi”, "Media savadlılığı", "Tənzimlləyicilər üçün yeni çağırışlar", “Video paylaşım və sosial şəbəkə platformaları, onların təsiri” mövzularında çıxışlar edilib. Həmçinin, tədbir çərçivəsində “Audiovizual media xidmətlərində alətlər və yanaşmalar” və “Media savadlılığı və hüquqlar” mövzularında panel sessiyalar təşkil olunub.
Toplantının ikinci günündə platformanın idarə heyətinə - sədr və sədr müavinləri postlarına seçkilər keçirilib. Səsvermənin sonunda İrlandiya yayım tənzimləyici orqanının rəhbəri Stefani Komey növbəti iki illik müddətə EPRA sədri seçilib. Həmçinin, Böyük Britaniyanın, Rumıniyanın, Monteneqro və Slovakiyanın tənzimləyici orqanlarının nümayəndələri sədr müavinləri seçiliblər.
Oxşar xəbərlər
Bakıda BRAF-ın 11-ci toplantısı keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Speys TV-yə xəbərdarlıq edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Albaniya Audiovizual Şurasının sədri: Uşaqları zərərli paylaşımlardan qorumaq üçün sosial mediaya nəzarət mexanizmləri olmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda teleradioların sayı artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ komissarı: Moldova Avropa ailəsinin bir parçasıdır və biz onun yanındayıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












