Özbəkistanın məsul şəxsləri Azərbaycanın dövlət orqan və qurumlarının fəaliyyəti ilə tanış olublar
Özbəkistandan olan kommunikasiyaya məsul şəxslər Azərbaycanın müxtəlif dövlət orqan və qurumlarının fəaliyyəti ilə yaxından tanış olublar.
Bu barədə "Report"a Medianın İnkişafı Agentliyindən məlumat verilib.
Bildirilib ki, Özbəkistan nümayəndə heyəti Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Vergi Xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, SOCAR, Əmlak Məsələləri Dövlət Xidməti və Dövlət Gömrük Komitəsində görüşlər keçirib.
Görüşün məqsədi hər iki ölkənin dövlət qurumları arasında kommunikasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması, mətbuat xidmətlərinin fəaliyyəti və media ilə iş mexanizmləri üzrə qabaqcıl yanaşmaların öyrənilməsi olub. Eyni zamanda, aidiyyəti qurumların iş prinsipləri, strateji hədəfləri, prioritetləri və gördüyü işlər barədə Özbəkistandan olan nümayəndə heyətinə geniş təqdimat edilib.
Diqqətə çatdırılıb ki, görüşlər informasiya mübadiləsinin genişlənməsinə, peşəkar əlaqələrin qurulmasına və kommunikasiya sahəsində beynəlxalq təcrübənin paylaşılmasına zəmin yaradır.
Oxşar xəbərlər
MEDİA-da Özbəkistanın rəsmi şəxləri ilə görüş keçirilib
Azərbaycan nümayəndə heyəti Özbəkistan İnformasiya və Kütləvi Kommunikasiya Agentliyində olublar
Dövlət qurumları üçün strateji və böhran kommunikasiyası təlimləri başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
