Elşad Hacıyev: Bank kartlarından oğurluğun qarşısının alınması hər bir şəxsin özündən asılıdır
Bank kartlarından vəsaitin oğurlanması kimi halların qarşısının alınması, birinci növbədə, hər bir şəxsin özündən asılıdır. Bunu dünya praktikası da təsdiq edir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forum çərçivəsində “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” adlı paneldə deyib.
O bildirib ki, son zamanlarda bank kartları ilə bağlı informasiya və təhlükəsizlik məsələləri gündəmdədir: “Heç bir vətəndaş öz şəxsi məlumatlarını başqalarına ötürməməlidir. Bu istiqamətdə biz təbliğat və maarifləndirmə işlərini artırmışıq. Xaricdən daxil olan zənglər, yaxud hansısa alış-veriş saytlarında kart məlumatlarının açıq paylaşılması və sair kimi hallar bu cür oğurluq hallarına yol açır”.
E.Hacıyev vətəndaşlarla bank arasında bəzən mübahisələrin yarandığını qeyd edib: “Vətəndaşın pulu talanır, iddia edir ki, bank məsuliyyət daşıyır. Bu, belə deyil, bankın təhlükəsizliklə bağlı hər hansı bir problemi yoxdursa, o zaman bankı günahlandırmaq doğru deyil”.
DİN rəsmisi aparılan mübarizənin nəticə verdiyinə də diqqət çəkib: “Bu gün bu kimi dələduzluq hallarının sayı gündəlik 10-20 arasındadır. Əvvəllər bu rəqəm 50 civarında idi”.
Oxşar xəbərlər
Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
DİN: Başqalarının itirdiyi, unutduğu bank kartlarından istifadə qadağandır [xfgiven_updateblue][/xfgiven_updateblue]
DİN: Bank kartları ilə əlaqəli zənglər, mesajlar bloklanmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İki gün ərzində vətəndaşların bank kartlarından 149 min manata yaxın pul oğurlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rövşən Tağıyev: Azərbaycan MDB və türk dövlətləri arasında yol qəzalarında ölüm və xəsarət hallarının ən az olduğu ikinci ölkədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












