“Haber Global” Azərbaycan və Türkiyənin liderliyi sayəsində yaradılan TÜREK-lə bağlı reportaj hazırlayıb
Türkiyənin “Haber Global” telekanalı Azərbaycan və Türkiyənin liderliyi sayəsində yaradılan Türk Dünyası Marketinq, Reklam və Media Birliyi (TÜREK) ilə bağlı reportaj hazırlayıb.
“Sizinxeber.az” xəbər verir ki, reportajda Türk dünyasında əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyan TÜREK-in yaradılması ideyasının təşəbbüskarları Azərbaycan və Türkiyənin reklam strukturları olduğu vurğulanıb.
Süjetdə TÜREK-in yaradılmasının Türk dünyasına qazandırdığı üstünlüklər yer alıb. Qeyd olunub ki, birliyin yaradılması ilə türk brendləri qlobal səviyyəyə çıxmaq imkanı əldə edəcək.
“Yeni strukturun mərkəzi ofisi İstanbulda yerləşəcək. TÜREK türk dövlətlərinin reklam sənayesində sinerji yaratmaq, mal və xidmətlərin rəqabət qabiliyyətini artırmaq məqsədilə çoxsaylı layihələr həyata keçirməyi planlaşdırır. Quruma sədrlik ilk iki il Türkiyəyə tapşırılacaq, daha sonra Azərbaycana keçəcək. Təşkilat digər türk dövlətlərinin, eləcə də diaspor strukturlarının iştirakına açıqdır”, - reportajda deyilir.
Oxşar xəbərlər
“CNN Türk” telekanalı: Xocalı – əbədi yaşar faciə
"Haber Global": TDT alimləri COP29-da təbii fəlakətlərin qarşısını almaq üçün erkən xəbərdarlıq sistemi üzərində işləyirlər
“Haber Global” Azərbaycandakı parlament seçkilərilə bağlı süjet hazırlayıb
“Haber Global” İstanbulda Türkiyə-Azərbaycan qardaşlıq forumunu işıqlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
