Agentliyin media savadlılığı ilə bağlı onlayn kursu istifadəyə verilib
"Media Savadlılığı” Həftəsi çərçivəsində Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən “medialiteracy.media.gov.az” platformasında onlayn kurs hazırlanıb.
Bu barədə “Report”a MEDİA-dan məlumat verilib.
Qeyd olunb ki, rəqəmsal dövrdə məlumatın sürətli yayılması, informasiya mühitinin mürəkkəbləşməsi istər sosial şəbəkələrdə, istərsə də ənənəvi mediada yaradılan və ötürülən məlumatların təhlilini zəruri edir, media savadlılığı bacarıqlarının mənimsənilməsini daha da aktuallaşdırır.
Bu baxımdan, onlayn kursda iştirakçılar informasiya alətlərindən doğru istifadə üçün bir sıra təməl anlayışlar və sorğulayıcı yanaşma formalaşdıran əsas sual və konsepsiyalarla tanış edilir.
Hədəf auditoriya nəzərə alınmaqla sadə müraciət forması ilə təchiz edilmiş onlayn kurs “Media savadlılığı ilə bağlı anlayışlar”, “5 əsas konsepsiya və 5 əsas sual”, “Rəqəmsal dövrdə media savadlılığı” kimi bölmələri və daha detallı altbölmələri ehtiva edir.
Kurs daxilində “Media savadlılığı niyə önəmlidir?”, “İnformasiyanın istehsalçısı və istehlakçılarına yönəlmiş 5 əsas sual”, eləcə də “Saxta məlumatların aşkarlanması üçün alət və texnikalar” adlı videomateriallar, “Media savadlılığı ilə bağlı bələdçi” yer alıb.
Onlayn kursun media savadlılığı ilə bağlı ilkin anlayış və yanaşmaların mənimsənilməsini, bu istiqamətdə əsas konsepsiyalarla tanışlığı, informasiya qəbulu prosesində doğru sualların verilməsi vərdişinin formalaşdırılmasını hədəflədiyi vurğulanıb.
Oxşar xəbərlər
Bu gündən “Media Savadlılığı” Həftəsinə start verilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsmət Səttarov: Qərəzsiz informasiya əldə etmək üçün media savadlı olmağa ehtiyac var [xfgiven_updateblue][/xfgiven_updateblue]
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Agentlik rəhbəri: Ənənəvi media süni intellektin yaratdığı imkanları və riskləri dəqiq dəyərləndirməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pərvanə İbrahimova: "İnformasiya bolluğu çox zaman "informasiya çirkliliyinə" səbəb olur" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












