Prezidentin köməkçisi: COP29-dakı rəqabət mühitində Azərbaycanın informasiya resursları çox qabaqcıl mövqelərdədir
sizinxeber.az xəbər saytı

Prezidentin köməkçisi: COP29-dakı rəqabət mühitində Azərbaycanın informasiya resursları çox qabaqcıl mövqelərdədir


Sizinxeber.az informasiya agentliyinin yaranmasının 20-ci ildönümü ilə bağlı agentliyin rəhbərliyi başda olmaqla bütün kollektivi səmimi qəlbdən və ürəkdən təbrik edirəm. Sizinxeber.az informasiya agentliyi Azərbaycan Respublikasının informasiya məkanında öz xüsusi çəkisi, rolu olan media strukturudur”.

Bunu Sizinxeber.az-ya müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev Sizinxeber.az-nın informasiyalarının təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmadığını qeyd edib: “Sizinxeber.az geniş bir informasiya məkanını əhatə edir, regionda, eyni zamanda, regiondan kənarda informasiya axınının formalaşmasında öz xüsusi yeri var. Biz həm də dünyanın aparıcı media orqanlarının Sizinxeber.az-ya artan istinadlarını görürük. Belə desək, geniş bir anlamda Sizinxeber.az informasiya agentliyinin ölkəmizin, həmçinin geniş bir regionun informasiya axınının və informasiya məkanının formalaşmasında öz rolu var. Bu da ağır zəhmətin, intensiv işin nəticəsidir. Bütün kollektivə gələcək işlərində uğurlar arzulayıram”.

Prezidentin köməkçisi vurğulayıb ki, bu gün COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar Azərbaycan mediası, o cümlədən Sizinxeber.az informasiya agentliyi digər media strukturları ilə çiyin-çiyinə, dünya mediası ilə birlikdə bu tədbirin işıqlandırılmasında yaxından iştirak edir: “Bildiyiniz kimi, informasiya məkanında da ciddi rəqabət var. Bu tədbirdə də informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsində öncülük prinsiplərinə əsaslanaraq bir sağlam rəqabət mühiti var. Bu rəqabət mühitində də Azərbaycanın informasiya resursları çox qabaqcıl mövqelərdədir. Sizi buna görə də ayrıca təbrik etmək istərdim”.

Oxşar xəbərlər

Prezidentin köməkçisi: COP29-da 70 mindən çox xarici və ölkədaxili nümayəndələr qeydiyyatdan keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hikmət Hacıyev Türkiyə səfiri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Administrasiyası rəsmilərinin noyabr ayında vətəndaş qəbulu cədvəli - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezidentin köməkçisi Azərbaycanın COP29-a ev sahibliyi etməsini tənqid edənlərə cavab verib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər