“Səhiyyə TV” 16 min manat cərimələnib
Peyk yayımı həyata keçirməyən platforma yayımçısı olan "Səhiyyə TV" kanalı cərimələnib.
Bu barədə "Report"a Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, buna səbəb kanalın proqramlarının Şura tərəfindən aparılan monitorinqi zamanı "Reklam haqqında" Azərbaycan Respublikası Qanunun 4.3-cü maddəsinin tələbinin pozulması faktı ilə bağlıdır.
Belə ki, iyunun 7-də saat 20.00-da və 08 iyun 2024-cü il tarixdə, saat 08.00-da kanalın efirində yayımlanmış tibb müəssisələrinin reklam çarxlarında həmin tibb müəssisələrinin lisenziyasının və ya sertifikatının nömrələri, verilmə tarixləri və onları verən orqanın adı göstərilməyib.
Qeyd edilib ki, Audiovizual Şura tərəfindən 2 protokol tərtib edilib və müvafiq məhkəməyə göndərilib. Məhkəmənin müvafiq qərarları ilə "Səhiyyə TV" MMC hər bir inzibati xəta üzrə 8000 manat olmaqla ümumi 16000 manat məbləğində cərimə edilib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarlarını qüvvədə saxlamış və həmin qərarlar qanuni qüvvəyə minib.
Oxşar xəbərlər
Azərbaycanda bu kanal 3 min manat cərimələndi [xfgiven_updateblue][/xfgiven_updateblue]
İctimai Televiziya cərimələnib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Audiovizual Şura pozuntular aşkarladı: Televiziya kanallarına xəbərdarlıq edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmə İTV-ni 3 min manat cərimələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Speys TV-yə xəbərdarlıq edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












