İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib.
Bu barədə APA-ya Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsini tutmaq istəyən namizədlər sənədlərini 27 aprel 2026-cı il saat 9.00-dan 8 may 2026-cı il saat 18.00-dək Azərbaycan Respublikası Audiovizual Şurasına (ünvan: Bakı şəhəri, A.M. Şərifzadə küçəsi 315) təqdim etməlidirlər.
Namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalı, eyni zamanda, ali təhsili olmalıdır. Əvvəllər ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, həmçinin məhkumluğu ödənilməmiş şəxs namizəd ola bilməz. Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxs də namizəd ola bilməz.
Təqdim olunmalı sənədlərin sırasında ərizə, şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının surəti, kadrların şəxsi uçot vərəqi (fotoşəkil ilə), ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq olunmuş surəti qeyd olunub.
Bildirilib ki, qeyd olunan sənədlər 2 nüsxədə təqdim olunmalıdır.
Qeyd edək ki, Baş direktor Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.
Xatırladaq ki, İTV-nin baş direktoru Balakişi Qasımovdur.
Oxşar xəbərlər
İTV-yə baş direktor vəzifəsinə namizədlərin sənəd qəbulu elan edilib
"Səhiyyə TV"nin adı dəyişdirilib
Məhkəmə İTV-ni 3 min manat cərimələyib
İctimai Televiziya cərimələnib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
