Teleaparıcı İlham Tumas: Jurnalistika faktlar üzərində qurulduqda etibarlı dəyər qazanır
Jurnalistin əsas işi dəqiq məlumatı əks etdirməkdir.
"Report" xəbər verir ki, bu sözləri teleaparıcı, ssenarist, rejissor, jurnalist İlham Tumas Report Media Məktəbinin tələbələri ilə görüşü zamanı səsləndirib.
Jurnalistikanın mahiyyəti, informasiya dəqiqliyi və etik prinsiplər barədə danışan teleaparıcı bildirib ki, jurnalistin əsas vəzifəsi dəqiq və yoxlanılmış məlumatı ictimaiyyətə çatdırmaqdır. Onun sözlərinə görə, jurnalistika məhz faktlar üzərində qurulduqda etibarlı dəyər qazanır.
İ.Tumas qeyd edib ki, mənbələr və arxiv materialları ilə işləmək peşədə mühüm rol oynayır.
"Bu materiallardan istifadə edərkən media etikasına və qanunvericiliyin tələblərinə ciddi riayət olunmalıdır" – jurnalist bildirib.
O, həmçinin jurnalistin ictimai əhəmiyyətli məlumatla məxfi informasiyanı fərqləndirmə bacarığının vacibliyini və bunun peşəkarlığın əsas göstəricilərindən biri olduğunu vurğulayıb.
İlham Tumas 1972-ci ildə Sumqayıtda anadan olub. Bakı Dövlət Universitetinin fizika (1990–1992) və Sosial elmlər və psixologiya fakültəsində (1993–1996) təhsil alıb, ixtisasca filosofdur. Birinci Qarabağ müharibəsi veteranı, İkinci Qarabağ müharibəsi iştirakçısıdır.
Mətbuatda ilk yazısı 1992-ci ildə "Azərbaycan" qəzetində dərc olunub. "Avrasiya", "Kino", "Ayna", "Ekspress" kimi qəzetlərdə işləyib. Televiziyalarda sənədli filmlər müəllifidir. Bir sıra televiziya kanallarında çalışıb.
"Gizli tarix", "Dünyanın gizli ocağı: Vatikan", "Casusluq, kəşfiyyat, müharibə tarixindən", "Amansız qətllər", "Dünyanın gizli tarixi: İblislər və mələklər", "Gizli cinayətlər", "Prezidentə sui-qəsd", "Məbəd döyüşçüləri" kitablarının müəllifidir.
Hazırda İctimai TV-də yayımlanan "İstintaq davam edir" verilişinin aparıcıdır.
Oxşar xəbərlər
Hakan Fidan: Türkiyə regionda dialoqa vasitəçilik edə bilən ölkələrdən biridir
Qazcontent rəhbəri: Yaradıcılıq və tənqidi düşüncə - jurnalistin süni intellekt qarşısında əsas üstünlükləridir
Məşhur teleaparıcı vəfat edib
Şöbə rəhbəri: Cəmiyyət saxta xəbərlərlə etibarlı jurnalistika arasında fərq qoymağı bacarmalıdır
Ayna Zadabek: Süni intellekt jurnalist peşəsinə təhlükə hesab edilməməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
