TASS agentliyi Xankəndi ilə bağlı xəbərdə növbəti dəfə düzəliş edib - FOTO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

TASS agentliyi Xankəndi ilə bağlı xəbərdə növbəti dəfə düzəliş edib - FOTO - YENİLƏNİB


Rusiyanın TASS agentliyi iyulun 31-də Xankəndi ilə bağlı dərc etdiyi xəbərdə növbəti dəfə düzəliş edib.

Sizinxeber.az xəbər verir ki, yeni sərlövhədə "Dağlıq Qarabağ" ifadəsi dəyişdirilərək “Qarabağ” ilə əvəzlənib.

Xəbərin içində şəhərin coğrafi “Xankəndi” adı saxlanılsa da 2023-cü il antiterror əməliyyatlarından əvvəlki dövrlə bağlı hissədə “Stepanakert” kimi verilib.

Qeyd edək ki, ötən gün Rusiya Federasiyasının TASS informasiya agentliyi “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbər yaymışdı.

Məsələyə Azərbaycanın Xarici İşlər Nazirliyi münasibət bildirib, Azərbaycan Dövlət İnformasiya Agentliyi bəyanat yayıb.

***

08:57

Rusiyanın TASS agentliyi iyulun 31-də Xankəndi ilə bağlı dərc etdiyi xəbərdə dəyişiklik edib.

Sizinxeber.az xəbər verir ki, yeni sərlövhədə "Stepanakert" sözü "Dağlıq Qarabağ" ifadəsi ilə əvəzlənib.

Qeyd edək ki, ötən gün Rusiya Federasiyasının TASS informasiya agentliyi “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbər yaymışdı.

Məsələyə Azərbaycanın Xarici İşlər Nazirliyi münasibət bildirib, Azərbaycan Dövlət İnformasiya Agentliyi bəyanat yayıb.

Oxşar xəbərlər

TASS agentliyi Xankəndi ilə bağlı dərc etdiyi xəbərin sərlövhəsini dəyişib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN: Üzr istəyib, düzəliş etməsə, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görüləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
TASS informasiya təxribatında rupor kimi - TƏHLİL [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZƏRTAC: TASS agentliyinin bugünkü xəbərinin sərlövhəsi dostluq münasibətlərini sarsıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəsmi Bakı: Xankəndidə Ayvazovskinin büstünün sökülməsi düzgün və qanunauyğundur [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər