Əcnəbi professor: Şuşa Qlobal Media Forumu Azərbaycanın dəyərli tərəfdaş olduğunu göstərir
Belə beynəlxalq media forumuna ev sahibliyi etmək Azərbaycanın qlobal müzakirələrdə, o cümlədən, media sahəsində baş verən yeniliklər kontekstində aktual və dəyərli tərəfdaş olduğunu göstərir. Üstəlik, tədbirin burada – Şuşada keçirilməsi də çox rəmzi xarakter daşıyır.
Bu sözləri Sizinxeber.az-ya açıqlamasında Qlobal Siyasət İnstitutunun (Global Policy Institute, GPI) prezidenti, Vaşinqton şəhərində yerləşən Bay Atlantic Universitetində (BAU) siyasi elmlər və beynəlxalq münasibətlər üzrə professor Paolo Libl Fon Şirax deyib.
O bildirib ki, Ermənistanın işğalı ilə bağlı beynəlxalq informasiya mənzərəsi son dərəcə təhrif olunmuşdu:
“Onlar elə bilirdilər ki, guya ermənilər qurban, azərbaycanlılar isə təcavüzkardır. Bu isə tamamilə absurddur. Siz bunu bilirsiniz. Ancaq qəribədir ki, mənim də vətəndaşı olduğum ABŞ da daxil olmaqla, dünyanın digər yerlərində insanlar ya tamamilə yanlış, ya da ən təhrif olunmuş informasiya alıblar.
Mən Azərbaycanın işğal olunmuş bütün ərazilərini azad etməsini və Ermənistanla səmimi niyyətlə danışıqlara başlamasını təqdir edirəm. Təbii ki, hələ tamamlanmamış məsələlər var. Rəsmi sülh sazişi hələ imzalanmayıb. Azərbaycanın haqlı olaraq Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı irəli sürdüyü tələb də bu məsələlər sırasındadır. Çünki həmin sənəddə hələ də Qarabağın Ermənistana aid olduğu ilə bağlı müddəalar yer alır”, - o vurğulayıb.
Oxşar xəbərlər
III Şuşa Qlobal Media Forumunun üçüncü günü başlayıb - FOTO
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır
Deputat: Şuşa Qlobal Media Forumuna maraq artır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
