MEDİA və “Euronews”un birgə keçirdiyi beşgünlük təlim başa çatıb
“Euronews Academy” beynəlxalq tədris proqramı çərçivəsində iyunun 23-dən 27-dək davam edən ilk təlim modulu bu gün yekunlaşıb.
Bu barədə "Report"a Medianın İnkişafı Agentliyindən (MEDİA) məlumat verilib.
Qeyd edilib ki, “Euronews” telekanalının birgə əməkdaşlığı ilə həyata keçirilən layihə çərçivəsində iştirakçılar beş gün ərzində müasir jurnalistikanın müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki biliklər əldə ediblər.
Təlim proqramının son günündə “Mobil Jurnalistika” mövzusunda sessiya keçən Levan Shermadini informasiyanın hazırlanması, oxucunun diqqətini çəkə biləcək başlıqların seçilməsi və müasir proqram təminatlarının tətbiq imkanları barədə ətraflı məlumat verib. Bununla yanaşı, onlayn rejimdə keyfiyyətli foto və videomüsahibələrin hazırlanması, düzgün işıqlandırma üsullarından istifadə, telefon vasitəsilə videosüjetlərin redaktəsi və aydın səslə audiomüsahibələrin yazılması bacarıqları öyrədilib.
Proqram müddətində iştirakçılar rəqəmsal xəbər toplanması, süni intellekt və SEO alətləri, data vizualizasiya, video strategiyası, sosial media və mobil jurnalistika kimi geniş spektrli mövzular ətrafında keçirilən təlimlərə qatılıblar. Təlimləri “Euronews” telekanalının peşəkar mütəxəssisləri – multimedia jurnalisti Tuba Altunkaya, sosial media redaktoru Fatih Yetim və baş operator Levan Shermadini aparıb.
Qeyd edək ki, proqramda yüksək nailiyyət göstərən iştirakçılar “Euronews” kanalında təcrübə keçmək imkanı əldə edəcəklər.
Oxşar xəbərlər
MEDİA və “Euronews” jurnalistlər üçün təlimə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Euronews”la birlikdə jurnalistlər üçün təlim keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Medianın İnkişafı Agentliyi “Euronews”la birlikdə jurnalistlər üçün təlim keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Data Jurnalistikası” mövzusunda təlimlərə başlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












