Musiqi və incəsənət məktəblərində tədris proqramları yenilənib
sizinxeber.az xəbər saytı

Musiqi və incəsənət məktəblərində tədris proqramları yenilənib


Musiqi və incəsənət məktəblərində tədris olunan fortepiano, tar və violin ixtisaslarının tədris proqramı yenilənib.

"Sizinxeber.az" xəbər verir ki, yenilənmə müasir təhsil standartlarına uyğunlaşdırılaraq, şagirdlərin tədbiqi və nəzəri biliklərinin daha səmərəli şəkildə artırılmasını təmin etməyi hədəfləyir.

Proqramlarda əsas yeniliklərdən biri Azərbaycan bəstəkarlarının əsərlərinə xüsusi yer ayrılaraq, onların əsərlərinin öyrənilməsinə üstünlük verilməsidir.

Yeni proqram çərçivəsində musiqi ifaçılığı, texnika və yaradıcılıq bacarıqları daha geniş və əhatəli şəkildə tədris ediləcək.

Qeyd edək ki, yaxın gələcəkdə digər ixtisas siniflərinin də tədris proqramlarının yenilənməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Yerli bəstəkarların son dövrlərdə yazdıqları əsərlər musiqi və incəsənət məktəblərində tədris ediləcək
Bu il ilk dəfə Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində şagirdlər təhsilə başlayacaq
Füzulidəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyətə başlayıb
Milli Konservatoriyada musiqi təhsili ilə bağlı müzakirə aparılıb
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər