Azərbaycanda orta illik inflyasiya 2028-ci ildə 3,8 %-ə enəcək
İqtisadiyyat Nazirliyi baza ssenaridə orta illik inflyasiyanın 2025-ci ildə 4,6 %, 2028-ci ildə isə 3,8 % olacağını proqnozlaşdırır.
"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2028-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.
Sənədə əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən inflyasiya ilə bağlı baza ssenari beynəlxalq təşkilatların əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi, eləcə də antiinflyasiya tədbirləri əsas götürülərək hazırlanıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında orta illik inflyasiya 1,5 % təşkil edib. Eyni zamanda, qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri orta hesabla 0,4 %, qeyri-qida mallarının qiymətləri 1,4 %, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,3 % artıb.
Oxşar xəbərlər
Maliyyə Nazirliyi: Orta illik inflyasiya tədricən azalacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünya Bankı Azərbaycanda 2024-cü il üçün inflyasiya proqnozunu artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ING Azərbaycanda inflyasiya proqnozunu yeniləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ING bu il üçün Azərbaycanda inflyasiyanın proqnozunu yeniləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 9 ayda orta illik inflyasiya 1,5 % olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












