“Azəraqrartikinti”nin xalis mənfəəti 4 dəfəyə yaxın azalıb
“Azəraqrartikinti” ASC 2024-cü ili 1,259 milyon manat xalis mənfəətlə başa vurub.
“Sizinxeber.az” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 3,6 dəfə azdır.
Ötən il “Azəraqrartikinti”nin vergiyəqədərki mənfəəti 1,573 milyon manat (əvvəlki ilə nisbətən 3,6 dəfə az), mənfəət vergisi ödəmələri isə 315 min manat (3,6 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “Azəraqrartikinti”nin aktivləri 62,702 milyon manat olub ki, bu da illik müqayisədə 15,1 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 54,45 % artaraq 20,834 milyon manata, balans kapitalı isə 2,1 % artaraq 41,868 milyon manata çatıb.
Xatırladaq ki, "Azəraqrartikinti" 1961-ci ildən fəaliyyət göstərən “Başkolxozlararasıtikinti” İdarəsinin bazasında 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,292 milyon manatdır. Şirkət bir sıra dövlət sifarişlərində icraçı olub.
Oxşar xəbərlər
Azərbaycana qida idxal edən şirkətin xalis mənfəəti 13%-ə yaxın azalıb
"Azərişığ"ın xalis mənfəəti 6 %-ə yaxın artıb
Azərbaycanın inşaat şirkətinin xalis mənfəəti 25 %-ə yaxın azalıb
“Azərpoçt”un xalis mənfəəti 9 %-dən çox azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
