"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb
"Azəraqrartikinti" ASC 2025-ci ili 886 min manat xalis mənfəətlə başa vurub.
"Sizinxeber.az" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 29,6 % azdır.
Ötən il "Azəraqrartikinti"nin vergiyəqədərki mənfəəti 1,108 milyon manat (əvvəlki ilə nisbətən 30 % az), mənfəət vergisi ödəmələri isə 222 min manat (29,5 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Azəraqrartikinti"nin aktivləri 48,813 milyon manat olub ki, bu da illik müqayisədə 22,2 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 2,6 dəfə azalaraq 8,083 milyon manata, balans kapitalı isə 2,7 % azalaraq 40,730 milyon manata düşüb.
Xatırladaq ki, "Azəraqrartikinti" 1961-ci ildən fəaliyyət göstərən "Başkolxozlararasıtikinti" İdarəsinin bazasında 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,292 milyon manatdır. Şirkət bir sıra dövlət sifarişlərində icraçı olub.
Oxşar xəbərlər
“Azəraqrartikinti”nin xalis mənfəəti 4 dəfəyə yaxın azalıb
"Qala Sığorta"nın xalis mənfəəti 20 %-ə yaxın azalıb
Azərbaycana qida idxal edən şirkətin xalis mənfəəti 13%-ə yaxın azalıb
"Atəşgah Sığorta"nın xalis mənfəəti 2 dəfə azalıb
"İpək Yolu Sığorta"nın xalis mənfəəti 44 %-ə yaxın azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
