IMF Azərbaycanın bank sektorunun daha dayanıqlı olması üçün 4 istiqamət təklif edib
Azərbaycanın bank sektorunun maliyyə dayanıqlığı yüksək olaraq qalır, lakin müəyyən boşluqlar qalmaqdadır.
Bu barədə “Sizinxeber.az” Beynəlxalq Valyuta Fonduna (IMF) istinadən məlumat verir.
"Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramının (FSAP) nəticələrinə görə, Azərbaycanın bank sistemi ümumlikdə dayanıqlılıq nümayiş etdirir. Ödəmə qabiliyyəti ilə bağlı stress-testlər göstərdi ki, banklar həm baza, həm də əlverişsiz ssenarilərdə kifayət qədər kapitallaşma səviyyəsinə malikdir. Lakin məhdud kapital buferləri olan bəzi banklar stress ssenarisində minimum normativ tələbləri poza bilər", - hesabatda bildirilib.
IMF həmçinin karbohidrogen sektorunun dinamikasından asılı olan iri korporativ depozitlərin yüksək payını nəzərə alaraq, likvidlik risklərinin qalmasını göstərir. Valyuta fondunun iqtisadçıları hesab edir ki, dollarlaşma tədricən azalsa da, yüksək olaraq qalması əlavə zəiflik faktorudur. Bundan başqa, təminatsız istehlak kreditlərinin sürətli artımı sistemdə protsiklik riskləri gücləndirə bilər.
Fond hakimiyyətin bank sektorunda tənzimləmə və nəzarəti gücləndirmək səylərini müsbət qiymətləndirir. IMF iqtisadçıları hesab edirlər ki, Azərbaycan Mərkəzi Bankı (AMB) yeni tənzimləyici normaların, makroprudensial siyasətin, həmçinin korporativ idarəetmə və risklərin idarə edilməsi standartlarının hazırlanmasında əhəmiyyətli irəliləyişə nail olub.
"Kreditləşmənin yüksək tempi və kreditlərlə ÜDM arasında müsbət fərqin artmasına cavab olaraq, AMB 2025-ci il martın 1-dən bankların tənzimləyici kapitalının 0,5 %-i həcmində əlavə kontr-tsiklik kapital buferi tətbiq edib", - hesabatda qeyd olunub.
Həmçinin depozit konsentrasiyası yüksək olan banklar üçün ehtiyat tələblərinin sərtləşdirilməsi də daxil olmaqla, likvidliyin gücləndirilməsi üçün addımlar atılıb.
IMF bank sektorunun dayanıqlığının daha da artırılması üçün dörd prioritet istiqaməti vurğulayır: sistem əhəmiyyətli bankların (D-SIBs) zərərlərin udulması üçün differensiallaşdırılmış bufer tələblərinin tətbiqi hesabına gücləndirilməsi; hüquqi və prudensial addımlar da daxil olmaqla, konsolidə edilmiş nəzarət sisteminin tətbiqinin sürətləndirilməsi; D-SIBs və iflas zamanı sistem riskləri yarada biləcək digər banklar üçün həll planlarının hazırlanmasının tamamlanması; təcili likvidlik dəstəyi mexanizminin gücləndirilməsi.
Oxşar xəbərlər
IMF: Azərbaycanın bank sektorunun maliyyə dayanıqlığı güclüdür, amma müəyyən risklər qalır
Mərkəzi Bank COP29 zamanı maliyyə sektorunun iş rejimini açıqlayıb
“S&P” Azərbaycanın bank sektorunun qiymətləndirməsini "müsbət"ə yüksəldib
Azərbaycan bank sektorunun likvid aktivləri bu il 5 % azalıb
Azərbaycanın bank sektorunun aktivləri 12 %-ə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












