"PAŞA Həyat Sığorta" I rübün maliyyə göstəricilərini açıqlayıb
"PAŞA Həyat Sığorta" ASC bu ilin I rübünü 15,116 milyon manat xalis mənfəətlə başa vurub.
"Sizinxeber.az" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 % çoxdur.
Yanvar-mart aylarında "PAŞA Həyat Sığorta"nın gəlirləri 160,908 milyon manat (24,5 % çox), xərcləri 141,523 milyon manat (28,2 % çox), mənfəət vergisi ödəmələri isə 4,268 milyon manat (3,6 % çox) təşkil edib.
Bu il aprelin 1-nə "PAŞA Həyat Sığorta"nın aktivləri 879,935 milyon manat olub ki, bu da illik müqayisədə 3,7 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3,6 % artaraq 723,138 milyon manata, balans kapitalı isə 3,8 % artaraq 156,797 milyon manata çatıb.
Xatırladaq ki, "PAŞA Həyat Sığorta" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.
Oxşar xəbərlər
"PAŞA Həyat Sığorta" maliyyə vəziyyətini açıqlayıb
"PAŞA Sığorta" I rübün maliyyə nəticələrini açıqlayıb
"PAŞA Sığorta" maliyyə vəziyyətini açıqlayıb
"Atəşgah Həyat Sığorta" I rübün maliyyə nəticələrini açıqlayıb
"Xalq Həyat Sığorta" I rübün maliyyə nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
