"Qala Sığorta"nın xalis mənfəəti 35 %-dən çox azalıb
"Qala Sığorta" ASC bu ilin I rübünü 2,891 milyon manat xalis mənfəətlə başa vurub.
"Sizinxeber.az" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 % azdır.
Yanvar-mart aylarında "Qala Sığorta"nın gəlirləri 20,769 milyon manat (1 il əvvələ nisbətən 18,7 % az), xərcləri 17,156 milyon manat (14,1 % az), mənfəət vergisi ödəmələri isə 722 min manat (35,2 % az) təşkil edib.
Bu il aprelin 1-nə "Qala Sığorta"nın aktivləri 82,322 milyon manat olub ki, bu da illik müqayisədə 19,7 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 12,7 % azalaraq 58,216 milyon manata, balans kapitalı isə 32,6 % azalaraq 24,106 milyon manata düşüb.
Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 10,018 milyon manatdır.
Oxşar xəbərlər
"Qala Sığorta"nın xalis mənfəəti 20 %-ə yaxın azalıb
"Meqa Sığorta"nın xalis mənfəəti 9 dəfədən çox azalıb
"İpək Yolu Sığorta" I rübün maliyyə nəticələrini açıqlayıb
"Meqa Həyat Sığorta" I rübün maliyyə nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
