Pakistan Yaxın Şərqdə böhrana görə ADB-nin dəstəyinin genişləndirilməsində israrlıdır
Pakistan Asiya İnkişaf Bankını (ADB) Yaxın Şərqdəki böhran vəziyyətinə cavab olaraq maliyyə yardımı paketinin həcmini genişləndirməyə, onu baş verənlərin real miqyasına və zərərçəkmiş dövlətlərin faktiki ehtiyaclarına uyğunlaşdırmağa çağırır.
"Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, bu bəyanatla ADB Rəhbərlər Şurasının 59-cu illik iclasında rəhbərlərin işgüzar sessiyası zamanı Pakistanın rəhbər müavini vəzifəsini müvəqqəti icra edən Nur Əhməd çıxış edib.
"ADB-nin təşkilatın ən həssas üzvləri üçün maliyyə yardımı paketinin formalaşdırılması ilə bağlı son qərarını müsbət qiymətləndirirəm. Bununla belə, bu paketin həcminin böhranın əsl miqyasına və zərərçəkmiş dövlətlərin həqiqi ehtiyaclarına uyğun olması üçün ADB-ni onu genişləndirməyə çağırıram. Eyni zamanda, inkişaf sahəsindəki mövcud və perspektiv öhdəliklərin müdafiəsini təmin etmək, eləcə də inkişaf proqramlarının təsdiq edilmiş planlara uyğun olaraq həyata keçirmək üçün maliyyələşmənin fasiləsiz təminatına zəmanət vermək prinsipial baxımdan vacibdir", - o deyib.
Pakistanın bankdakı rəhbəri qeyd edib ki, ölkə ABŞ və İran arasında sülh yolu ilə nizamlanmanın əldə olunmasında konstruktiv iştiraka sadiqliyini qoruyur.
"Biz danışıqlar prosesinə kömək etmək və gərginliyi azaltmaq üçün diplomatik imkanlarımızdan tam istifadə edirik. Bu addımlar Pakistanın regional sabitliyin möhkəmləndirilməsinə və əməkdaşlığın inkişafına olan daha geniş sadiqliyini əks etdirir, bu da bütün regionun rifahına əsas yaradır", - N. Əhməd bildirib.
Oxşar xəbərlər
Çin ADB-dən "enerji keçid"inə dəstəyini gücləndirməsini və ünvanlı kontrtsiklik yardım gözləyir
Masato Kanda: "ADB-nin böhranın ilk sutkası ərzində pul ayırmaq imkanı var"
ADB və Yaponiya Asiya-Sakit okean regionunda enerji təhlükəsizliyi üzrə birgə təşəbbüs elan ediblər
Sahil Babayev: "Dünya və regiondakı proseslər Orta Dəhlizin artan əhəmiyyətini təsdiqləyir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
