Azərbaycanda son 6 ildə KOB subyektlərinin sayı 74 % artıb
Son 6 ildə Azərbaycanda KOB subyektlərinin sayı 74 % artaraq 424 min keçib.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün Bakıda keçirilən "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, bu dövrdə KOB-ların yaratdığı əlavə dəyərin məbləği 2 dəfədən çox artaraq 10 milyard manatdan 21 milyard manata çatıb, sektorun məşğulluq göstəricisi isə 47 % artım nümayiş etdirib.
"Özəl sektorun inkişafı, mikro, kiçik və orta biznes subyektlərinin dəstəklənməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Sahəvi görüşlər, regional müzakirələr, sorğular, bizneslərə birbaşa səfərlər vasitəsilə sıx ünsiyyət əsasında əldə edilmiş məlumat və ehtiyaclar sırf KOB subyektləri üçün ünvanlı dəstək mexanizmlərinin hazırlanmasına imkan verib. Ümumilikdə 70 minə yaxın KOB subyekti və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslər bu dəstəklərdən yararlanıb. İndiyə qədər KOB evlərində 1,5 milyondan artıq xidmət göstərilib. KOB evinin rəqəmsal modeli olan Elektron KOB evi portalından da artıq istifadə etmək mümkündür", - deyə sədr əlavə edib.
Oxşar xəbərlər
Azərbaycanda KOB subyektlərinin dövriyyəsi 10 % artıb
KOBİA indiyə qədər 1 500-dən çox sahibkarın sərgidə və yarmarkalarda iştirakına dəstək göstərib
Nazir əvəzi: "Naxçıvanda KOB subyektlərinin sayı bu il 57 % artıb"
ICD və KOBİA Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsini müzakirə edib
Orxan Məmmədov: "Azərbaycanda 182 KOB subyekti “Startap” şəhadətnaməsi alıb"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
