Naxçıvanda indiyə qədər 5 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb
sizinxeber.az xəbər saytı

Naxçıvanda indiyə qədər 5 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb


İndiyə qədər Naxçıvan Muxtar Respublikasında "ƏDV geri al" layihəsi çərçivəsində istehlakçılara 4,6 milyon manat ƏDV məbləği geri qaytarılıb.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bunun 0,5 milyon manatı bu ilin yanvar-mart aylarının payına düşüb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,8 % çoxdur.

Xatırladaq ki, ötən ay Azərbaycanda pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin 19,7 milyon manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Oxşar xəbərlər

Azərbaycanda 3 ayda vətəndaşlara geri qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Azərbaycanda 7 ayda büdcədən 182 milyon manatdan çox vəsait geri qaytarılıb
Naxçıvanda 7 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
Naxçıvanda 5 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
Naxçıvanda I yarımildə vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər