Rusiyalı qonaq: Nostalji hisslər yaşamaq, müasir maşınları görmək üçün belə sərgi çox faydalıdır
Bakının düz mərkəzində belə bir sərgi bizim üçün sürpriz oldu, əlbəttə ki, sovet avtosənayesinin inciləri görmək zövqümüzü oxşadı.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın Vladimir vilayətindən ölkəmizə dincəlməyə gələn Mixail Xaritonov paytaxtın Əziz Əliyev küçəsindən başlayaraq Qoşa Qala qapısınadək "Sürətin evolyusiyası" layihəsi çərçivəsində keçirilən klassik avtomobillərin sərgisini ziyarət edərkən bildirib.
Rusiyalı qonaq onun vətənində istehsal edilən klassik maşınları görməsindən şad olduğunu gizlətməyib:
“Burada atamın sürdüyü QAZ-21 modelini də gördüm, özümün vaxtilə sürdüyüm “Moskvich”i də. Ümumiyyətlə, sərgidə nümayiş olunan sovet maşınları çox gözəl, səliqəli idi, hiss olunur ki, sahibləri onları necə saxlayıblar, nazları ilə oynayıblar. Belə maşınlar xüsusi qulluq tələb edirlər”.
Artıq 4 gündür Bakıda olan qonaq həyat yoldaşı ilə şəhər gəzintisinə çıxdığını və belə bir sərgiyə rast gəldiyini bildirib:
“İnsanlarınız çox mehribandırlar, Bakıda ən çox bəyəndiyim bu oldu. Dil, ünsiyyət problemi yoxdur, gördük hamı bu küçəyə axın edir, biz də insanların arxasına düşüb gəldik və belə bir sərgini kəşf etdik.
Dedilər ki, sabah davamı da olacaq, biz sabah da gələcəyik. Əlbəttə, həm zaman keçirmək üçün, həm nostalji hisslər yaşamaq üçün, həm də müasir maşınları görüb heyrətlənmək üçün belə sərgi çox faydalıdır”.
Qeyd edək ki, bu gün başlayan sərgi sabah sürət avtomobillərinin nümayişi ilə davam edəcək.
FOTO: Mircavid Eminoğlu
Oxşar xəbərlər
Bakıda klassik avtomobillərin sərgisi keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ölkədə ən klassik retro maşının sürücüsü: "Sakinlər və qonaqlar sərgidən zövq alırlar" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Klassik avtomobillərin yürüşünə qoşulmaq üçün qeydiyyat başa çatır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıdan Neftçalaya qonaq gələn üç yaşlı uşaq suda boğularaq ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İspaniyalı səyyah: Nəhayət Qarabağa səfər edə bildim [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












