Ölkədə ən klassik retro maşının sürücüsü: "Sakinlər və qonaqlar sərgidən zövq alırlar"
Paytaxt sakinləri və qonaqlar Bakıda keçirilən klassik avtomobillərin sərgisindən zövq alırlar.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Sürətin evolyusiyası" layihəsi çərçivəsində keçirilən klassik avtomobillərin sərgisinin iştirakçısı Elmar Sərdərov açıqlama verib.
O, təqdim etdiyi maşının ölkənin ən retro klassik nəqliyyat vasitəsi olduğunu bildirib.
"Mercedes-Benz" şirkətinin istehsalıdır, bu model "Roselli" adlanır. İki il əvvəl ölkəyə gətirmişəm və keçən il ölkənin ən yaşlı maşını kimi qeydiyyatdan keçirmişəm. Kapotun altında öz motorudur, amma ötürmələr qutusu dəyişdirilib. Kabrioletdir, üstünü özüm açıb yığıram. İkilitrlik motorla maksimum 100 km/saat sürət yığmışam, amma spidometrdə 120-dir. Maşın üzərində bəzi restaylinq işləri görmüşəm".
Xatırladaq ki, bu gün başlayan sərgi sabah sürət avtomobillərinin nümayişi ilə davam edəcək.
Oxşar xəbərlər
Bakıda klassik avtomobillərin sərgisi keçirilir
Klassik avtomobillərin yürüşünə qoşulmaq üçün qeydiyyat başa çatır
Ekspert: "Biznesdə daha çox klassik texnologiyaların tətbiqinə ehtiyac var"
Gəncədə "Bakıdan Gəncəyə" layihəsi çərçivəsində klassik musiqi gecəsi keçiriləcək
Azərbaycanda dövlət qulluqçularının reyestri aparılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












