Çində qız 25-ci mərtəbədən yıxılsa da, sağ qalıb
sizinxeber.az xəbər saytı

Çində qız 25-ci mərtəbədən yıxılsa da, sağ qalıb


Çinin Tanşan şəhərində azyaşlı qız binanın 25-ci mərtəbəsindən yıxılsa da, sağ qalıb.

“Report” "South China Morning Post”a istinadən xəbər verir ki, bu barədə uşağın valideynləri bildirib.

Anası qızına sınıq diaqnozunun qoyulduğunu, amma onun tədricən sağaldığını qeyd edib.

Hadisə martın 27-də baş verib. Uşağın sağ qaldığı məlum olanda ailə bu barədə məlumat verib. Bildirilib ki, Hebey əyalətinin Tanşan şəhərindən olan və adı hələ açıqlanmayan doqquz yaşlı məktəbli qız özünü narahat hiss edib və pəncərəni açmaq qərarına gəlib. Ancaq yıxılıb.

O, təcili olaraq Pekindəki xəstəxanaya aparılıb. Uşağa bir neçə sınıq diaqnozu qoyulsa da, beyni zədələnməyib. Qız bir neçə əməliyyat keçirib və artıq xəstəxanadan evə qayıdıb.

Sağ qalması inanılmaz sayılan "möcüzəli qız" Çinin sosial şəbəkəsində məşhurlaşıb.

Oxşar xəbərlər

Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb, vəziyyəti ağırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə möcüzə - Beşinci mərtəbədən yıxılan uşağın burnu belə qanamadı - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda 8-ci mərtəbədən yıxılan 12 yaşlı qız xəstəxanada ölüb - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb, vəziyyəti ağırdır - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəmkirdə 24 yaşlı oğlan 4-cü mərtəbədən yıxılaraq xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər