Vyetnamda 1,3 milyard dollar dəyərində “Lego” zavodu açılıb
sizinxeber.az xəbər saytı

Vyetnamda 1,3 milyard dollar dəyərində “Lego” zavodu açılıb


“Lego” Vyetnamın cənubunda yerləşən Binzıonq əyalətində konstruktor istehsalı üçün fabrik açıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə VİA agentliyi məlumat yayıb.

Bildirilib ki, bu, Danimarka şirkətinin dünyada altıncı, Asiyada isə ikinci müəssisəsi olub.

Layihəyə ümumi investisiya məbləği 1,3 milyard dolları keçib, təxminən 4 min işçinin işə götürülməsi planlaşdırılır. Yeni zavod “Lego” məhsullarının Asiya bazarlarına çatdırılması imkanlarını təkmilləşdirmək üçün nəzərdə tutulub. Müəssisə Vyetnamın dairəvi iqtisadiyyata keçid strategiyasına uyğun “yaşıl istehsal” nümunəsi kimi düşünülüb.

“Lego” müəssisənin işini bərpa olunan enerji ilə təmin etməyi planlaşdırır. Bu ilin sonuna şirkət Donqnay əyalətində çatdırılma mərkəzinin açılışını planlaşdırıb.

“Lego” 2024-ci ildə satışların 13 % artaraq 74,3 milyard krona (10,8 milyard dollar) çatdığını bildirib. Bu, Şimali və Cənubi Amerika, Avropa və Yaxın Şərqdə yüksək tələbatla əlaqədardır.

Oxşar xəbərlər

Gürcüstanın xarici dövlət borcu 9 milyard dolları keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Boeing” “787 Dreamliner”in istehsalının genişləndirilməsinə 1 milyard dollar investisiya qoyacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
G7 ilin sonuna qədər Ukraynaya 50 milyard dollar kredit ayırmağı planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreya 2024-cü ildə 9,5 milyard dollarlıq silah ixrac edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər